“Çelsi”dəki payını satır

“Çelsi”dəki payını satır

“Çelsi”də Todd Bouli dövrünün başa çatması yaxınlaşır.

Allsport.az xəbər verir ki, amerikalı investor tərəfdaşları Mark Uolter və Hansyörq Visslə birlikdə klubşdakı 38,5 faizlik payını “Clearlake capital” şirkətinə satmağa razılaşıb.

Sövdələşmədən Bouli və tərəfdaşlarının cüzi gəlir əldə edəcəyi qeyd olunur.

Razılaşmanın rəsmiləşdirilməsi artıq son mərhələdədir. Bu satışdan sonra Behdat Eqbalinin rəhbərlik etdiyi “Clearlake capital”in “Çelsi”dəki payı 61,5 faizdən 99,9 faizə yüksələcək.

Xatırladaq ki, 2022-ci ildə “Çelsi”nin alınması konsorsiuma 2,5 milyard funt sterlinqə başa gəlib. Alıcılar əlavə olaraq kluba 1,75 milyard funt sərmayə qoymağı da öhdələrinə götürüblər.

Bouli klubun alınması prosesində əsas ictimai sima olub və ilk vaxtlar müvəqqəti idman direktoru vəzifəsini də icra edib. Lakin son illərdə 52 yaşlı amerikalı rəhbərlikdə arxa plana keçib, klubun gündəlik idarəçiliyi isə əsasən Eqbalinin nəzarətində olub.

Tərəflər arasındakı münasibətlərdə artan gərginlik səbəbindən payların qarşılıqlı satışı ilə bağlı danışıqların hələ 2024-cü ildə başladığı bildirilir. Mark Uolterin də layihədən ayrılmaq istəməsi fonunda Boulinin satışı başa çatdırılarsa, “Çelsi”nin idarəçiliyində yeni mərhələ başlayacaq.

Həmin kateqoriyadan