Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin bütün cütlükləri

Bu gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb. Allsport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə komandalar növbəti mərhələ üçün potensial rəqiblərini tanıyıblar.

Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsi

“Sarayevo” (Bosniya və Herseqovina)/“Lex” (Polşa) – “Bazel” (İsveçrə)

“Ludoqorets” (Bolqarıstan)/“Milsami” (Moldova) – “Şkenderbeu” (Albaniya)/“Kruzeyders” (Şimali İrlandiya)

“Ventspils” (Latviya)/HJK (Finlandiya) – “Maribor” (Sloveniya)/“Astana” (Qazaxıstan)

“Seltik” (Şotlandiya)/“Styarnan” (İslandiya) – “Qarabağ” (Azərbaycan)/“Rudar” (Monteneqro)

“Trençin” (Slovakiya)/“Styaua” (Rumıniya) – “Partizan” (Serbiya)/“Dila” (Gürcüstan)

“Midtyulland” (Danimarka)/“Linkoln Red İmps” (Cəbəllütariq) – APOEL (Kipr)/“Vardar” (Makedoniya)

“Hibernians” (Malta)/“Makkabi” (Təl-Əviv, İsrail) – “Viktoriya” (Çexiya)

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Fola” (Lüksemburq) – “Molde” (Norveç)/“Pünik” (Ermənistan)

TNS (Uels)/“Videoton” (Macarıstan) – BATE (Belarus)/“Dandolk” (İrlandiya)

“Zalsburq” (Avstriya) – “Malmö” (İsveç)/“Jalgiris” (Litva)

“Panatinaikos” (Yunanıstan) – “Brügge” (Belçika)

“Yanq Boyz” (İsveçrə) – “Monako” (Fransa)

ÇSKA (Rusiya) – “Sparta” (Çexiya)

“Rapid” (Avstriya) – “Ayaks” (Hollandiya)

“Fənərbaxça” (Türkiyə) – “Şaxtyor” (Ukrayna)

Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin ilk oyunları iyulun 28-29-da, cavab görüşləri isə avqustun 4-5-də keçiriləcək.

Həmin kateqoriyadan