Corcina Ançelottinin Ronaldu ilə bağlı şərhini məsxərəyə qoyub

“Yuventus”un futbolçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriqes “Real”ın baş məşqçisi Karlo Ançelottinin portuqaliyalı hücumçu ilə bağlı paylaşımına münasibət bildirib.

Allsport.az saytı xəbər verir ki, bir müddət ömcə KİV-də 36 yaşlı hücumçunun Madrid təmsilçisinə qayıda biləcəyi ilə bağlı məlumatlar yayılmışdı. İtaliyalı mütəxəssis Tvitterdə bu xəbərləri təkzib edib.

Ançelottinin Ronaldu ilə bağlı sözünün yer aldığı paylaşıma Corcina “Hahahahaha” şərhini yazıb.

Kriştianu 2009-2018-ci illərdə “Real”da çıxış edib. Ulduz futbolçunun yer aldığı Portuqaliya millisi DÇ-2022-nin seçmə “A” qrupunda Azərbaycan yığmasına rəqibdir. Pireneylilər gələn ayın əvvəli Bakıda növbəti oyun gözləyir.

Həmin kateqoriyadan