COVID-19-a görə virtual taekvondo çempionatı

Avropa taekvondo birliyi mayın 4-dən 10-dək onlayn turnir təşkil edəcək. Allsport.az xəbər verir ki, idmançılar turnirə çəkdikləri videolarla qatılacaq.

Videoçarxlara beynəlxalq dərəcəli hakimlər qiymət verəcək.

Virtual çempionatda idmançılar şəxsi yarışacaq və milli komandanı təmsil etməyəcək.

Beynəlxalq WT lisenziyası olan taekvonoçular worldtkd.simplycompete.com saytında aprelin 25-dək qeydiyyatdan keçə bilər.

Həmin kateqoriyadan