Cud “Real”a keçəcək?

“Real” Cud Bellinqem üçün ən az 100 milyon avro ödəyəcək.

Allsport.az xəbər verir ki, yarımmüdafiəçi hələ Dortmund “Borussiya”sının direktorları Hans Yoahim və Sebastyan Kelə Madrid klubuna keçmək istəyi barədə rəsmi məlumat verməyib.

Almaniya təmsilçisi futbolçunun transferi üçün təxminən 150 milyon avro tələb edəcəklər.

Yarımmüdafiəçi “kral klubu” ilə çempionlar liqasını qazanmaq niyyətindədir və icarəyə getmək istəmir.

Daha əvvəl məlum olmuşdu ki, Bellinqem “Real”a keçərsə, mövsümlük 20 milyon avro qazanacaq və 2029-cu ilə qədər müqavilə bağlayacaq.

Həmin kateqoriyadan