“Çukariçki”nin baş məşqçisi: “Qəbələ”nin böyük büdcəsi və çoxlu legioneri var”

Serbiyanın “Çukariçki” klubunun baş məşqçisi Vladan Miloyeviç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları “Qəbələ” ilə bağlı fikirlərini açaıqlayıb. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:

“Növbəti rəqibimiz kifayət qədər ciddi rəqibdir. Onlar Tiflis “Dinamo”sunu mübarizədən kənarlaşdıra bildilər. “Qəbələ”nin böyük büdcəsi, çoxlu legioneri var. Amma biz yeni sınağımıza ciddi hazırlaşacağıq. Buna qədər “Voyvodina” ilə də oyunumuz olacaq. Amma inanıram ki, komandamız həmin oyuna qədər tam hazır vəziyyətdə olacaq”.

Qeyd edək ki, iyulun 18-də Serbiyada yeni mövsüm start götürəcək. Həmin gün “Çukariçki” də səfərdə “Voyvodina”nın qonağı olacaq.

Həmin kateqoriyadan