“Daçiya”nın menecerindən rəqibinə təzyiq: “Kəpəz”i əsl döyüş gözləyir”

Moldovanın “Daçiya” klubunun meneceri Adlan Şişxanov fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Kəpəz”ə qarşı keçirəcəkləri cavab oyunu öncəsi bunu söyləyib:

“Hər şeyə iki oyunun nəticəsinə görə aydınlıq gələcəyini gözəl anlayırıq. Bu görüşün də əhəmiyyətini yaxşı dərk edirik. Rəqibin taktikası məni maraqlandırmır. Bircə onu əminliklə deyə bilərəm ki, “Kəpəz”i əsl döyüş gözləyir”.

Baş məşqçi Oleq Bejenarın mətbuat konfransına gəlməməsinə də toxunan Şişxanov bunları dilə gətirib: “Bejenar xəstələnib. Bir neçə gün də burada qalsanız, sizi onunla görüşdürə bilərəm. O da mənim sözlərimi təkrar edəcək. Biz döyüşə hazırıq. Növbəti mərhələyə çıxmağa köklənmişik. Planlarımız dəyişməyib”.

Həmin kateqoriyadan