- Baxış sayı: 46
- 02 Noyabr 2026 23:31
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Portuqaliya kubokunda 1/8 final oyunları keçirilir. Allsport.az saytı xəbər verir ki, millinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Tondela” evdə “Eştoril”i qəbul edib.
4 qolun qeydə alındığı görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. “Qızılı-yaşıllar” 1/4 finala ilk vəsiqə qazanan komanda olub. Hücumçumuz 87-ci dəqiqədə meydana çıxıb.