Dağıstanda kəndin adı Nurməhəmmədovun atasının şərəfinə dəyişdirilə bilər

Dağıstanın Kirovaul kəndinin adı dəyişdirilə bilər

Allport.az xəbər verir ki, kəndə əfsanəvi UFC döyüşçüsü Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanaf Nurməhəmmədovun adının verilməsi planlaşdırılır.

Dağıstanın Qızılyurt rayonunun xalq məclisinin deputatları demək olar ki, tam tərkibdə Kirovaulun adının Manafqala adlandırılmasına səs veriblər.

Abdulmanap Nurməhəmmədov ömrünün son illərini Kirovaulda yaşayıb. O, 2020-ci ilin iyulunda koronavirusun ağırlaşması səbəbindən vəfat edib.

Həmin kateqoriyadan