Daha əvvəlki Hazard deyil

Belçikalı ulduz son vaxtlar bədən quruluşu və meydandakı hərəkətləri ilə gözdən düşüb.

Allsport.az xəbər verir ki, “Real”ın komandadan qovmağa çalışdığı Eden Hazard bu həftə klubun “Kastilya” ilə yoxlama matçı zamanı sözün əsil mənasında fiziki əziyyət çəkib.

Karlo Ançelottinin matçı kənardan böyük diqqətlə izlədiyi, Hazardın isə öz performansı ilə işin öhtəsindən gələ bilmədiyi bildirilib. Ayağa qalxmaqda çətinlik çəkən belçikalı futbolçunun aldatma hərəkətləri etməyə belə gücü çatmayıb və şərhlərdə “Real”ın qovmağa çalışdığı Hazard haqqında “Qovulmaqdan da pis idi!” yazılıb.

Hazard bu mövsüm “kral klubu”nun heyətində cəmi 7 oyunda meydana çıxıb və Ançelottinin uzunmüddətli planlarında yoxdur. Oyunçunun müqaviləsi 2024-cü ilin yayına qədərdir və xəbərlərə görə, o, müqaviləsini tamamlamağa çalışır. Lakin oyunçunun yay transfer pəncərəsi zamanı komandadan ayrılma ehtimalı da var.

Həmin kateqoriyadan