Daha bir futbolçumuz Polşa klubuna keçir

Azərbaycanın daha bir futbolçusu Elvin Dəmirov karyerasını Polşada davam etdirəcək. Allsport.az xəbər verir ki, 23 yaşlı müdafiəçi “JKS Yaroslav” klubuna keçib.

Onunla imzalanmış müqavilənin müddəti açıqlanmayıb. Elvin Azərbaycanın U-21, U-18 və U-17 yığmalarının formasını geyinib. O “Qəbələ” və “Sumqayıt” klublarının şərəfini qoruyub.

“JKS Yaroslav” Polşanın 4-cü liqasında mübarizə aparır.

Həmin kateqoriyadan