“Daha diqqətli olmalıyıq”

“Qarabağ” premyer liqanın 22-ci turunda öz meydanında “Sumqayıt”ı 4:1 üstələyib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov qələbəni belə şərh edib:

“Rəqib sona qədər oyundan qopmadı, daim nəticə, düzgün oyun üçün ən yaxşısını etməyə çalışdı. Vacib qalibiyyət idi. “Sumqayıt”a qarşı oynamaq mənim və futbolçularım üçün xoşdur.

Qarşıdakı oyunlarda daha diqqətli olmalıyıq. Problemlərimiz olsa da, meydandakı oyunçular oyun nizam-intizamını qorumaq üçün çalışdılar”.

Həmin kateqoriyadan