Dario Melnyak: “Neftçi”nin Avropa Liqasında oynaması mənim üçün də yaxşı haldır

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi”nin yeni transferi Dario Melnyak fikirlərini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, 22 yaşlı xorvatiyalı futbolçu “Neftçi TV”yə keçidi ilə bağlı bunu deyib:

“İlk gündən komandada olan atmosfer yaxşıdır, futbolçular çox mehribandırlar. Oyunçular çox böyük səylə məşq edirlər, Maltada keçiriləcək oyun üçün bütün hazırlıqlarımızı edirik. Bildiyimə görə, “Neftçi” Azərbaycan futbol liqasının ən titullu komandasıdır və bu çempionat ildən-ilə daha da yaxşılaşır.

“Neftçi” komandası Avropa Liqasında oynayır və bu mənim üçün də yaxşı bir haldır. Bu mənim üçün irəli atılmış bir addımdır və düşünürəm ki, bu komanda ilə biz çox böyük uğurlar əldə edə bilərik”.

Həmin kateqoriyadan