- Baxış sayı: 75
- 16 Sentyabr 2026 18:12
- Baxış sayı: 134
- Sentyabr 23, 2026
- 0
Sloveniyanın “Maribor” klubunun baş məşqçisi Darko Milaniç Avropa Liqasının pley-off mərhələsində 2 oyundan danışıb. Allsport.az saytı xəbər verir ki, o, “Qəbələ”yə qarşı keçirəcəkləri matçlar barədə bunu söyləyib:
“Bakıda bizi isti hava və yüksək rütubət gözləyir. Bütün gücümüzü səfərbər etməyimiz lazım gələcək. Rəqib intizamlı və təşkilatlanmış oyun göstərir.
Xüsusilə də müdafiə xətti boşluq buraxmamağa çalışır. Onların oyunlarını izləmişik. “Qəbələ” barədə kifayət qədər məlumatımız var”.