DÇ finalını sevgilisi ilə izləyib

DÇ finalını sevgilisi ilə izləyib

Fransa millisinin və Madrid “Real”ının hücumçusu Kilian Mbappe DÇ-2026-nın finalını sevgilisi Ester Ekspozito ilə birlikdə izləyib.

Allsport.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə fransalı futbolçunun ispaniyalı aktrisa Ester Ekspozito və dostları ilə yaxtada dincələrkən İspaniya – Argentina finalını izlədiyi əks olunub.

Kadrlarda matçın canlı yayımlandığı televizor da görünür.

Mbappe ilə birlikdə məşhur amerikalı bloqer və podkast aparıcısı Volter Uiks də olub. Məhz o, futbolçu və Ekspozitonun yer aldığı videonu sosial şəbəkə hesabında paylaşaraq geniş müzakirələrə səbəb olub.

Həmin kateqoriyadan