“Derbi”nin futbolçusu Liverpulda bıçaqlandı

İngiltərənin “Derbi” klubunun müdafiəçisi Andre Uizdom bıçaqlanıb. Allsport xəbər verir ki, ingiltərəli futbolçu yaxınlarını ziyarət etmək üçün yollandığı Liverpul şəhərində xoşagəlməz hadisə ilə üzləşib. 

Uizdom maşından düşən zaman bir şəxs onu bıçaqlayıb və əşyalarını oğurlayıb. Ciddi yaralar alan müdafiəçi xəstəxanaya aparılıb. Onun həyatı ciddi təhlükə altında deyil və o, həftənin sonuna qədər xəstəxanada qalacaq.

27 yaşlı futbolçu bu mövsüm 21 oyunda 1 qol vurub, 1 assist edib.

Həmin kateqoriyadan