Digər məhbuslar Dani Alvesə həsəd aparır. Hər şey özəl münasibətlə bağlıdır

Braziliya millisi ilə Qətərdə keçirilən Dünya Kuboku-2022-də iştirak edən Dani Alveşin son günlər başı dərddədir. Allsport.az saytı xəbər verir ki, müdafiəçi gecə klubunda cinsi təcavüz ittihamı ilə saxlanılıb. Mənbələrin bildirdiyinə görə, həbsxana rəsmiləri “Barselona”nın keçmiş futbolçusunu hər yerdə müşayiət edir. Bbu da digər məhbuslarla müqayisədə xüsusi rəftardır:

“Eşitdiyimə görə, 4 işçi onu gəzinti üçün verandaya qədər müşayiət edir, həmişə onun yanında olur, onu başqalarından uzaqlaşdırır, tək saxlayırlar. Onun başqa məhbuslarla təmasda olub-olmadığını deyə bilmərəm. Amma bildiyim odur ki, hazırda xüsusi hal olduğu üçün, məşhur futbolçu hamıdan ayrılıb. Digər məhbuslar bu münasibətdən narazıdırlar”.

Həmin kateqoriyadan