“Dinamo”sunun baş məşqçisi: Mahirin keyfiyyətli futbolçu olduğuna əminəm

“Zaqreb Dinamo”sunun baş məşqçisi Jelko Kopiç, milli futbolçumuz Mahir Əmrəli hazırkı durumundan söz açıb. Allsport.az saytı xəbər verir ki, xorvatiyalı mütəxəssis 24 yaşlı hücumçunun zədə səbəbindən komandadan kənarda qaldığı və bunun üçün formada olmadığını deyib: 

“Əmrəli lazımi səviyyəyə çatacaq, amma bunun nə zaman baş verəcəyini söyləmək çətindir. Burada bir neçə amil var: onun kluba, komanda yoldaşlarına, liqaya uyğunlaşması və sairə.

“Dinamo”ya gəlib dərhal öz keyfiyyətini göstərmək asan deyil. Xüsusən də ən yaxşı formada deyilsənsə və komanda ilə hazırlaşmamısansa. Mahir də hazırda uzun müddət komandadan kənarda qalan digər oyunçular kimidir. Onun keyfiyyətli futbolçu olduğuna əminəm. İnanıram ki, bunu meydanda göstərəcək və hər şey öz yerinə düşəcək”. 

Həmin kateqoriyadan