Dino Topmöller: “Qarabağ”a Bakıda qol vura bilmədiyimiz üçün təəssüflənirəm

Lüksemburqun “Düdelanj” klubunun baş məşqçisi Dino Topmöller Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu öncəsi fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, “Qarabağ”a qarşı keçirəcəkləri görüş barədə bunu söyləyib:

“Bakıda bəzi istisnalar olmaqla pis müdafiə olunmadıq. Məğlub olsaq da, çoxlu müsbət məqamların da şahidi oldum. Sadəcə, qol vura bilmədiyimiz üçün təəssüflənirəm. Bunu bacarsaydıq, cavab görüşü daha baxımlı alınardı.

Ola bilər ki, cavab oyununda da bizim bəxtimiz gətirdi, penalti vurmaq hüququ qazandıq. İstənilən halda yaxşı və keyfiyyətli oyun nümayiş etdirməyə çalışacağıq. Lakin onu da başa düşürü ki, on qol epizodu yaratmağımız çox çətin görünür”.

Həmin kateqoriyadan