- Baxış sayı: 43
- 02 Noyabr 2026 23:31
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Almaniyanın “Ersgebirge” klubunda çıxış edən millimizin üzvü Dmitri Nəzərov “Bild”ə açıqlama verib. Allsport.az xəbər verir ki, 30 yaşlı futbolçu sosial şəbəkələrdən istifadə etmədiyini deyib:
“Sosial şəbəkələrə ehtiyacı olmayan adamlardanam. Hər zaman telefonla məşğul olmur, nəsə yazmır, göndərmir və başqalarının nə iş gördüyünə baxmıram. İnternetdə qurdalanmaq mənim işim deyil. Bir qədər köhnə məktəbdənəm və boş vaxtlarımda telefonumu bir neçə saatlıq kənara qoymağa üstünlük verirəm. Məndən nəsə öyrənmək istəsəniz, nömrəm sizdə var”.