Dortmund “Borussiya”sı bu müdafiəçi ilə razılaşıb

Münhenqladbax “Borussiya”sının futbolçusu Rami Bensebini növbəti yaydan etibarən Dortmund “Borussiya”sında oynayacaq.

Allsport.az xəbər verir ki, 27 yaşlı müdafiəçi qarşı tərəflə anlaşıb.

Bensebini yay transfer pəncərəsində yeni klubuna azad agent kimi qoşulacaq. Çünki onun Münhenqladbax təmsilçisi ilə müqaviləsi mövsümün sonuna qədərdir.

Əlcəzairli oyunçu bu mövsüm Bundesliqada 22 matça çıxıb və 5 qol vurub.

Həmin kateqoriyadan