“Düdelanj” – “Qarabağ” matçının hakimləri bəllidir

Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Lüksemburq “Düdelanj”ına qarşı keçirəcəyi cavab qarşılaşmasının hakimləri məlum olub. Allsport.az saytı xəbər verir ki, “Jos Nosbaum” stadionunda üz-üzə gələcək rəqiblərin görüşündə şotlandiyalı Kevin Klansi fit çalacaq.

Ona həmyerliləri Stevenson Stüart və Karr Sin kömək edəcəklər. Oyunun 4-cü referisi Robertson Donald olacaq. Hakimlərin işinə rumıniyalı Aleksandru Dyakon qiymət verəcək. Görüşün UEFA nümayəndəsi isə irlandiyalı Nyuton İmon olacaq.

Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” matçı iyulun 20-də, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Komandalar arasında Bakıda keçirilmiş ilk oyunda Ağdam klubu 2:0 hesabıyla qalib gəlib.

Həmin kateqoriyadan