- Baxış sayı: 32
- 17 İyun 2026 12:04
- Baxış sayı: 61
- İyun 17, 2026
- 0

Coşua Kimmix dünya çempionatında millinin düşərgəsindən qorxulu bir hekayə danışdı. Allsport.az saytı xəbər verir ki, almaniyalı müdafiəçi məşq meydançasında zəhərli bir ilanla qarşılaşdığını danışıb:
“Dünən bir ilan gördük və bizə onun zəhərli olduğunu dedilər. Əgər sizi dişləsələr, dərhal xəstəxanaya getməlisiniz. Düşünmürəm ki, bu, ölümcüldür, amma ən azından təhlükəlidir.
Məndə elə bir hiss var ki, ilanın üzərinə belə addım atmaq pis nəticələnə bilər. Buna görə də heyvanlardan uzaq durmağa çalışırıq”.