Dünya alpaqut federasiyası daha bir beynəlxalq idman qurumuna üzv seçilib

Dünya alpaqut federasiyası (DAF), Ümumdünya idman federasiyalarının baş assosiasiyası (GAVSF) tərəfindən tanınaraq rəsmi üzvlüyə qəbul edilib. Allsport.az saytı xəbər verir ki, bununla əlaqədar federasiyanın prezidenti Jalə Əhmədovaya məktub ünvanlanıb və təsdiq edilmiş üzvlük sertifikatı göndərib.

GAVSF – çoxsaylı beynəlxalq, qitələrarası, milli idman federasiyaları və qurumları üçün çətir təşkilatı rolunu oynayır. Hazırda tərkinində 370-dən çox beynəlxalq, kontinental və milli üzv federasiyaları var. Qurumun bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq müqavilələri var. Əsas məqsədi idman və bədən tərbiyəsi fəaliyyətini, idman sənayesini və təhsilini dünya miqyasında inkişaf etdirməkdir.

Alpaqut idman növü Beynəlxalq idman elmləri və bədən tərbiyəsi şurası (İCSSPE), Beynəlxalq idman hamı üçün assosiasiyası (TAFİSA), Beynəlxalq ədalətli oyunlar komitəsi (Fair play), Beynəlxalq idman şəbəkəsi təşkilatı (İSNO), Beynəlxalq döyüş növləri oyunları komitəsi (İMGC) tərəfindən rəsmən tanınıb. DAF eyni zamanda Beynəlxalq standart ad təyinatçısı (İSNİ) təşkilatlarına da üzv olub.

Fevralın 12-də fəaliyyətə başlayan Dünya Alpaqut Federasiyası (VAF) bu döyüş sənətini təbliğ etmək, digər ölkələrdə alpaqut klublarını, federasiyalarını idarə etmək məqsədilə yaradılmış beynəlxalq qeyri-kommersiya və qeyri-hökumət idman təşkilatıdır.

Həmin kateqoriyadan