- Baxış sayı: 87
- 02 Noyabr 2026 21:48
- Baxış sayı: 386
- Noyabr 09, 2026
- 0

24-30 iyunda Koreya Respublikasında taekvondoçuların dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda iştirak edəcək millimizin heyəti məlumdur.
Bunlar kişilərdə Qaşım Məhəmmədov (54 kq), Fizam Mehdiyev (58 kq), Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə (68 kq), Sina Bəhrami (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq), Radik İsayev (+87 kq); qadınlarda Sofiya Polad (46 kq), Patimat Abakarova (49 kq), Yarpaq Əriş (57 kq) və Fəridə Əzizovadır (67 kq).