- Baxış sayı: 29
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 71
- Sentyabr 17, 2026
- 0

Yarım ağır çəkidə VBA, VBO və İBF versiyaları üzrə dünya çempionu Dmitri Bivol əməliyyat keçirib.
Allsport.az xəbər verir ki, rusiyalı boksçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Bivol planlaşdırılmış dirsək əməliyyatının uğurla başa çatdığını bildirib:
“Planlaşdırılmış dirsək əməliyyatı artıq arxada qaldı. Hər şey yaxşı keçdi. Dəstəyinizə, mesajlarınıza və xoş sözlərinizə görə hər birinizə təşəkkür edirəm”Z
Dmitri Bivolun növbəti titul döyüşünü dekabrın 12-də Rusiyanın Yekaterinburq şəhərində keçirməsi planlaşdırılır.