- Baxış sayı: 33
- 23 Mart 2025 15:07
- Baxış sayı: 50
- Mart 20, 2025
- 0
Allsport.az xəbər verir ki, basketbol üzrə kişilərdən ibarət millimiz 2027-ci il Qətərdə keçiriləcək dünya kubokunun ilkin təsnifat mərhələsində keçirəcəyi son qrup oyunlarının hazırlıqlarına başlayıb. Komandanın baş məşqçisi Tahir Baxşıyev Bakıda baş tutacaq təlim-məşq toplanışına aşağıdakı basketbolçuları dəvət edib:
Amil Həmzəyev (“Neftçi”), Kamran Məmmədov (“Neftçi”), Endar Poladxanlı (“Sabah”), Şirzad Şirzadov (“Sabah”), Elşad Şirzadov (“Gəncə”), Cəbrayıl Əkbərov (“Gəncə”), Əkbər Məmmədov (NTD), Ulaş Turqut (“Sərhədçi”), Saadəttin Donat (“Sumqayıt”), Ərcan Donat (“Şəki”), Səid İsmayılov (“Ordu”), Məhəmməd Hüseynli (“Abşeron”), İsmayıl Abdullayev (“Abşeron”), Nəzər Quliyev (“Naxçıvan”), Orxan Aydın (“İlab Basketbol”), Dərin Bərköz (“Türk Telekom”), Hüseyn Qaflanov (“DME Academy”), Donta Hol (“Baskonia”). Adları çəkilən basketbolçular arasından Kosovo və İrlandiya oyunları üçün 12 nəfərlik heyət müəyyənləşdirəcək.