- Baxış sayı: 71
- 08 Noyabr 2026 23:36
- Baxış sayı: 299
- Noyabr 09, 2026
- 0

Yaponiyalı üzgüçü Şin Ohaşi 200 metr məsafəyə brass üsulu ilə üzmədə tarixdə ən yaxşı nəticəni göstərib.
Allsport.az xəbər verir ki, 17 yaşlı idmançı Yaponiyada keçirilən Asiya oyunlarında məsafəni 2 dəqiqə 4,83 saniyəyə qət edib.
Ohaşi bu nəticə ilə çinli Tsin Xayyanın 2023-cü ildə keçirilən dünya çempionatında göstərdiyi 2 dəqiqə 5,48 saniyəlik nəticəni geridə qoyub.