“Düşünürəm ki, insanlar əsl Ronaldunun mənim olduğumu söylədikdə, Kriştianu qıcıqlanır”

Braziliya futbolunun canlı əfsanəsi Ronaldu Nazariu portəgiz soydaşı Kriştianu Ronaldu barədə danışıb. Allsport.az saytı xəbər verir ki, “yekədiş” müqayisə zamanı onu Messidən önləməyib:

“Düşünürəm ki, insanlar əsl Ronaldonun mənim olduğumu söylədikdə, o qıcıqlanır, amma bizi müqayisə etmək olmaz. Kriştianu futbol tarixində uzun müddətli sabitliyi və çox qol vurması ilə qalacaq. Ronaldu, eləcə də Messi, ən yaxşılarından biri olaraq qalacaqlar”.

Xatırladaq ki, bundan əvvəl Devid Bekhem bu 2 futbolçunu müqayisə edərkən, argentinalını daha üstün saymışdı.

Həmin kateqoriyadan