Dvalişvili Nurməhəmmədovla döyüşməməyinin səbəbini açıqlayıb

Gürcüstanlı UFC döyüşçü Merab Dvalişvilinin rusiyalı Umar Nurməhəmmədovla döyüşməməsinin səbəbi məlum olub.

Allsport.az xəbər verir ki, o, özü bu haqda danışıb. Merab deyib:

“Mənə həqiqətən də təklif olunmuşdu. O, mənimlə döyüşməyə layiq olmasa da, razılaşdım. Amma həkimlər dedilər ki, zədəyə görə döyüşə bilməyəcəyəm”.

Merab Dvalişvili son döyüşündə Petr Yanı məğlub etmişdi. Ümumilikdə gürcü döyüşçünün 16 qələbəsi və 4 məğlubiyyəti var.

Umar Nurməhəmmədov yanvarda braziliyalı Raoni Barselosla qarşılaşıb və ilk raundda rəqibini nokaut edib. Rusiyalının MMA-da 16 qələbəsi var, heç bir məğlubiyyəti yoxdur.

Həmin kateqoriyadan