- Baxış sayı: 43
- 02 Noyabr 2026 23:31
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

İspaniya sequndasında 16-cı turun oyunları keçirilir.
Allsport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” səfərdə “Saraqosa”ya 1:0 hesabı ilə qalib gəlib.
Eddi oyuna start heyətdə başlayıb və sonadək meydanda olub. İsrafilov qarşılaşmanın 90+4-cü dəqiqəsində komandasının qələbə qolunu vurub.
“Zavod pendiri” 25 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.