Elbrus Məmmədov: “Bəlkə də bunu dediyimə görə məni cəzalandıracaqlar”

“Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Qəbələ” komandasını qələbə münasibəti ilə təbrik edirəm. Roman Qriqorçuk yaxşı kollektiv yaradıb. Oyunda narazı qaldığım müəyyən məqamlar var. Bəzi epizodlarda hakim bizə qarşı düzgün qərarlar qəbul etmədi. Bəlkə də bunu dediyimə görə məni cəzalandıracaqlar, bəlkə də mənim düzgün olduğumu görüb, hakimi cəzalandıracaqlar. Amma bununla heç kim irəli getməyəcək. Bütün bunlar gənclərə mənfi təsir edir. Elvin Mirzəyevə göstərilən ilk sarı vərəqəyə mütəxəssislər baxıb, qiymət versinlər”.

Həmin kateqoriyadan