- Baxış sayı: 24
- 05 May 2026 20:02
- Baxış sayı: 123
- May 04, 2026
- 0

“Tvitter”in sahibi Elon Mask, milyarder “Feysbuk”un sahibi Mark Zukerberqi qəfəs döyüşünə çağırıb.
Deyəsən, Elon Markın “tvitter” tipli sosial media platforması yaratmasından narazıdır.
İstifadəçilərdən birinə cavab verən Mask yazıb: “Əminəm ki, Yer kürəsi yalnız Zukun nəzarəti altında olana qədər gözləyə bilmərəm”.
İstifadəçi Maska belə cavab verib: “Ehtiyatlı olun, onun indi jiu-jitsu ilə məşğul olduğunu eşitmişəm”.
Milyarder cavabında dedi: “Əgər o razı olsa, mən qəfəs döyüşünə hazıram”.
Ancaq bununla da bitmədi: Zukerberq bu yazışmaların şəkilini çəkib və bunu hekayəsində yerləşdirərək başlıq yazıb: “Mənə hara gələcəyimi söylə”.
