Elşad Nəsirovla Sərxan Hacıyev püşkatmaya yollanacaq

Millətlər liqasının 2024/2025-ci illər mövsümünün püşkatma mərasimində iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibi bəlli olub.

Allsport.az xəbər verir ki, tədbir sabah – fevralın 8-də Fransanın paytaxtı Parisdə keçiriləcək. Mərasimdə AFFA-nın vitse-prezidentləri Elşad Nəsirov, Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev, Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov, mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli və icraiyyə komitəsinin protokolu Orxan Əhmədov iştirak edəcəklər.

Həmin kateqoriyadan