Elxan Məmmədova növbəti təxribat “Admira”dan gəldi: Naxçıvan Azərbaycan ərazi kimi göstərilmədi

Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Kəpəz”in rəqibi olan Avstriyanın “Admira” klubu Azərbaycanın ərazisi ilə bağlı kobud səhvə yol verib. Allsport.az saytı xəbər verir ki, bu komanda iyulun 20-də Bakıda keçiriləcək cavab oyunu ilə bağlı “Facebook” səhifəsində yaydığı məlumatda Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ərazisi kimi təqdim etməyib.

Bu kobud səhvi aşağıdakı şəkillərdən də görmək mümkündür. Ümid edirik ki, bu səhv tezliklə aradan qaldırılacaq. “Kəpəz” – “Admira” matçı iyulun 20-da “Dalğa Arena”da keçiriləcək. İlk oyunda isə Gəncə klubu ötən gün 0:1 hesabıyla uduzub.

Qeyd edək ki, cari avrokubok mövsümündə AFFA-nın baş katibi Elxan Məmmədovun nəzarətində olduğu, sözdaşıyanı Mikayıl Nərimanoğlunun müşahidə şurasının üzvü olduğu “sarı-göylər”ə, yəni ölkəmizə edilən sayca 2-ci təxribatdır. İlk ələmədə Moldova “Daciya”sı Bakıda səfərdə olarkən, klubun rəsmi saytı məşq etdikləri “Dalğa- Arena”nın ərazisi Mərdəkanı erməni əsilli göstərmişdi.

dac

 

Həmin kateqoriyadan