Emeqara “Yanq Boyz”a şans tanımadı

“Qarabağ”ın sabiq hücumçusu, vaxtilə İsveçrədə də oynamış ABŞ-ın “San-Xose Ertkveyks” klubunun heyətində çıxış edən İnnosent Emeqara Avropa Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq “Yanq Boyz”la cavab matçı öncəsi fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, İsveçrə mətbuatına açıqlamasında bunları söyləyib:

“Yanq Boyz”un hardasa 30 faiz şansının olduğunu deyə bilərəm. “Qarabağ”ı onun meydanında məğlub etmək çox çətin olacaq. Ağdam klubunun heyətində çıxış edən futbolçular üç ildən çoxdur ki, bir yerdə çıxış edirlər. Oyunçuların birgə böyüdüklərini demək olar. Yüksək keyfiyyətli komandadır.

İsveçrə yığmasının sabiq forvardı Ağdam təmsilçisinin çalışdırıcısı Qurban Qurbanovla da bağlı danışıb: “Onu tanıyıram. Oyunçularına heç vaxt təzyiq göstərmir”.

Emeqara “Yanq Boyz”un ilk oyunda “Qarabağ”a məğlubiyyətinin səbəbini də açıqlayıb: “Yanq Boyz” ilk matçda “Qarabağ”ı düzgün qiymətləndirməmişdi. Ona görə də məğlub oldu”.

Həmin kateqoriyadan