Ernesto Valverde: “İnter”lə oyunun favoriti bizik”

İspaniyanın “Atletik” klubunun baş məşqçisi Ernesto Valverde Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”inə qarşı keçirəcəkləri oyunlar öncəsi fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

“Rəqibimiz ötən mövsümlə müqayisədə çox dəyişib. Onların son dörd oyununu izləmişik. Özlərinin müəyyən oyun sistemləri var. Amma yeni futbolçular çox olduğundan, hazırda uyğunlaşma dövrü keçirlər. “İnter”in heyətində rəqibə çətinlik yaşada biləcək futbolçular var”.

Baş məşqçinin sözlərinə görə, komandası arxayınlaşmamalıdır: “Cütün favoriti olduğumuz doğrudur. Amma bu, bizi sakitləşdirməməlidir. Çünki səfər oyununu səfərdə keçirəcəyik. Qarşılaşmanın süni örtüklü meydanda keçirilməsi isə bizim xeyrimizə deyil”.

“Bilbaodakı oyuna böyük önəm veririk. Yeni mövsümdəki ilk rəsmi oyunumuz avrokuboklara təsadüf edəcək və doğma meydanda çıxış edəcəyik. Bu üzdən də yaxşı nəticə qazanmağa çalışacağıq ki, azarkeşlərimizi sevindirək”.

Valverde “Valyadolid”ə qarşı keçirdikləri yoxlama matçına (1:1) da toxunub: “Bu oyunda sərgilədiyimiz futbol xoşuma gəldi. Topa daha çox nəzarət edirdik. Sadəcə, bu oyunda hər iki komandanın qapıçısı əla çıxış etdi”.

Həmin kateqoriyadan