VİDEO
Eurosport kanalı Tour d’Azerbaïdjan-2015-lə bağlı ilkə imza atdı

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2015” veloyürüşünün startına 20 gün qalır. Xəbər verdiyimiz kimi, mayın 6-10-da keçiriləcək 5 günlük yarışın son 3 mərhələsi planetin nüfuzlu “Eurosport” kanalı ilə canlı yayımlanacaq. Allsport.az xəbər verir ki, 1-ci və 2-ci mərhələlər isə yarım saatlıq icmal şəklində tamaşaçılara təqdim ediləcək.

Martın 21-dən başlayaraq telekanalda Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən hazırlanmış müsuqili tanıtım videoçarxı yayımlanır. Bundan başqa, “Eurosport”un öz təşəbbüsü ilə “Tour d’Azerbaïdjan-2015″lə bağlı daha bir videoçarx hazırlanıb və yayım proqramına salınıb.

Qeyd edək ki, bu telekanal tarixində ilk belə haldır və 2.1 kateqoriyalı turnirlərlə bağlı heç vaxt belə bir addım atılmayıb. Bunadək “Eurosport” yalnız “Tour de France”, “Vuelta”, “Giro d’İtalia” və digər Dünya Turları ilə bağlı özünün hazırladığı videoçarxları yayımlayıb.

Həmin kateqoriyadan