“Evdə qal” çağırışı edib, əylənməyə getdi

İngiltərənin “Aston Villa” klubunun kapitanı Cek Qriliş koronavirus pandemiyası ilə əlaqədər elan edilən karantinə əməl etməyib. Allsport.az xəbər verir ki, çölə çıxan ingilis yarımmüdafiəçi maşını ilə qəza törədib.

Qəzadan əvvəl 24 yaşlı futbolçu sosial şəbəkə hesabında azarkeşləri evdə qalmağa çağırmışdı. Qriliş çağırışdan sonra dostu Ross Makkormakın evindəki partiyə gedib. Makkormakın qonşuları partinin səhərə qədər davam etdiyini deyib.

Qriliş səhər saat 8-də evə qayıdarkən 90 min avroluq “Range Rover” maşını ilə park edilmiş bir neçə avtomobili əzib. O, ziyanı qarşılayacağına söz verib.

Həmin kateqoriyadan