- Baxış sayı: 50
- 20 İyul 2026 23:56
- Baxış sayı: 69
- İyul 19, 2026
- 0

Argentina millisinin baş məşqçisi Lionel Skaloni yığmadakı gələcəyi ilə bağlı açıqlama verib.
Allsport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis 2026-cı ilin dekabrına qədər komandaya rəhbərlik edəcəyini, daha sonra isə vəzifəsindən ayrılmağı planlaşdırdığını bildirib.
Dünya çempionatının finalında İspaniyaya məğlubiyyətdən (0:1) sonra keçirilən mətbuat konfransında emosiyalarına hakim ola bilməyən Skaloni göz yaşlarını saxlaya bilməyib:
“Dekabra qədər Argentina millisinin baş məşqçisi kimi fəaliyyətimi davam etdirəcəyəm. Daha sonra isə yəqin ki, dayanacağam. Canım yanır, ruhum ağrıyır. Çox məyusam. Hamıdan üzr istəyirəm”.
Lionel Skaloni 2018-ci ildən Argentina millisini çalışdırır. O, yığma ilə 2021 və 2024-cü illərdə Amerika kubokunu, 2022-ci ildə Finalissima və dünya çempionatını, 2025-ci ildə isə Konfederasiyalar kubokunu qazanıb. 2026-cı il dünya çempionatında isə Argentina finalda İspaniyaya uduzub.