Fərrux Hacıbəyiç: Azərbaycan millisi hörmətə layiqdir

Millətlər liqasında Monteneqro – Azərbaycan görüşü öncəsi mətbuat konfransı təşkil olunub. Allsport.az saytı xəbər verir ki, rəqibin baş məşqçisi Fərrux Hacıbəyiç səsləndirdiyi fikri diqqətinizə çatdırırıq:

“Qrupda keçirdiyimiz ilk iki oyunda qələbə qazandıq. Bunun da əsas səbibi rəqiblərə hörmət etmək və oyunlara ciddi yanaşmaqdır. Oyunda məğlub olsaq, qrupda 3 komandanın eyni sayda – 6 xalı olacaq. Bizim üçün ən yaxşı nəticə qarşıdakı iki oyundan 4 xal toplamaqdır.

Komandamın indiyədək nümayiş etdirdiyi futboldan və əldə etdiyi nəticələrdən razıyam. Ancaq bu bizi arxayınlaşdırmamalıdır. Oyunçularımdan maksimum konsentrasiya tələb edirəm. Azərbaycan millisi hörmətə layiqdir və biz onları məğlub etmək üçün hər şey edəcəyik”.

Həmin kateqoriyadan