FIFA “canavarlar”ın futbolçusunun milliləşdirilməsinə icazə vermədi

FIFA “canavarlar”ın futbolçusunun milliləşdirilməsinə icazə vermədi

FIFA Ukrayna futbol federasiyasının “Vulverhempton”un müdafiəçisi Maks Kilmanı milliləşdirməsinə icazə verməyib. Allsport.az xəbər verir ki, 23 yaşlı futbolçu İngiltərənin futzal millisində 8 rəsmi oyun keçirdiyi üçün Ukrayna futbol federasiyasına mənfi cavab verilib.

Kilmanın atası Aleksandr Moskvada, anası Mariya isə Kiyevdə doğulub. Londonda dünyaya gələn müdafiəçi 2018-ci ildən “Vulverhempton”da çıxış edir. O, bu mövsüm “canavarlar”da 17 oyun keçirib, 2 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan