FİFA dünya çempionatının yeni formatını təsdiqləyib

Beynəlxalq futbol federasiyası (FİFA) dünya çempionatının formatını təsdiqləyib. Bu barədə qurumun rəsmi saytında məlumat verilib. Allsport.az xəbər verir ki, 2026-cı il dünya çempionatının final mərhələsində 48 komanda iştirak edəcək. İlkin olaraq komandaların üç iştirakçıdan ibarət 16 qrupa bölünməsi nəzərdə tutulsa da, bəzi komandaların turnirdə cəmi iki oyun keçirməsi rəsmiləri qane etməyib. 

Buna görə də milli komandalar 4 komandadan ibarət 12 qrupa bölünəcək. Çempionata ilk dəfə 3 ölkə ev sahibliyi edəcək: Meksika, ABŞ və Kanadada.

32 komandalı dünya çempionatı formatı 1998-ci ildən qüvvədədir. Qətər-2022-də Argentina dünya çempionu oldu. Qazanılan turnirlərin sayına görə rekordçu – 5 dəfə qızıl medal qazanan Braziliyadır.

Həmin kateqoriyadan