Filip Ozobiç: “Maribor” yaxşı komandadır

“Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiç Avropa Liqasının pley-off mərhələsi ilə bağlı fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, Sloveniya “Maribor”una qarşı keçirəcəkləri oyunlarla barədə bunu söyləyib: “Bütövlükdə, püşkdən razı qaldım. “Maribor” yaxşı komandadır. Amma hər halda bu, İngiltərə “Vest Hem”i ilə düşməkdən pis deyil”.

Xorvatiyalı futbolçunun sözünə görə, onun komandası hazırda yaxşı formadadır: “Hədəfimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır. Buna nail olacaq gücdəyik. Baxmayaraq ki, Sloveniya klubunun da avrokuboklarda böyük təcrübəsi var. Amma biz Fransa “Lill”ini keçməklə belə rəqiblərə qalib gələ bildiyimizi göstərdik. Fikrimcə, yenə uğur qazanmaq üçün yaxşı şansımız var”.

 

Həmin kateqoriyadan