- Baxış sayı: 75
- 16 Sentyabr 2026 18:12
- Baxış sayı: 110
- Sentyabr 23, 2026
- 0

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda İtaliyada “Fiorentina” və “Qarabağ” klubları arasında keçiriləcək matçının biletləri sabahdan etibarən satışa çıxarılacaq.
Allsport.az saytı xəbər verir ki, bu görüşü canlı izləmək istəyənlər 10-60 avro aralığında (18,5 – 111 manat) xərcə düşməlidirlər.
Bu kollektivlərin oyunu sentyabrın 29-da Florensiyadakı “Artemio Franki” stadionunda baş tutacaq və Bakı vaxtı ilə 21:00-da start götürəcək.