“Fiorentina”nın rəsmisi “Qarabağ”ı rəqib saymadı

“Fiorentina”nın baş meneceri Pantaleo Korvino Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın onlara rəqib olmasına münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis, klub saytına açıqlamasında bunu söyləyib:

“Avropa Liqasının çox maraqlı olacağını gözləyirik. Bu mövsüm mükafat uğrunda mübarizə aparacaq çoxlu güclü kollektiv var. Öz oyunlarımızı da maraqla gözləyirik. Saloniki təmsilçisi, “Slovan” təşkilatlanmış, yaxşı Avropa təcrübəsi olan komandalardır.

Azərbaycandan olan komanda ilə görüş də bizim üçün maraqlıdır. Baxmayaraq ki, bizi oraya uzun yolçuluq gözləyir”.

Həmin kateqoriyadan