“Foqtsu futbol stadionundan daha çox qolf meydançaları cəlb edir”

“Erzgebirge”də çıxış edən millinin yarımmüdafiəçisi Dmitri Nəzərov müsahibə verib. Allsport.az saytı xəbər verir ki, o, keçmiş baş məşqçimiz Berti Foqts ilə əlaqə saxlayıb-saxlamadığı ilə bağlı sualı belə cavablandırıb: “Təəssüf ki, artıq onunla əlaqə saxlamıram. Artıq bir neçə ildir ki, bir-birimizi görmürük. Onu indi futbol stadionundan daha çox qolf meydançaları cəlb edir. Ona görə də daha tez-tez rastlaşmırıq (gülür)”.

Aue klubunun 32 yaşlı kapitanı beynəlxalq arenada unuda bilmədiyi oyunun hansı olduğunu da açıqlayıb: “2017-ci ilin martında Almaniyaya Bakıda 1:4 hesabı ilə uduzduğumuz DÇ-2018-in seçmə mərhələsinin matçını unuda bilmirəm. Bir neçə oyun top buraxmayan Almaniyaya qol vurdum. Belə bir seriyanı qırmaq gözəl təcrübə idi. Bu, şübhəsiz ki, əbədi olaraq xatırlanacaq”.

Həmin kateqoriyadan