- Baxış sayı: 37
- 15 İyul 2026 23:54
- Baxış sayı: 174
- İyul 15, 2026
- 0

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente DÇ-2026-nın yarımfinalında Fransa üzərində qazanılan qələbəni şərh edib.
Allsport.az xəbər verir ki, təcrübəli mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının son illərdə gördüyü işlərin bəhrəsini verdiyini bildirib:
“Dörd ilə yaxın əvvəl müəyyən bir düşüncə ilə yola çıxdıq və bu müddət ərzində həmin prinsiplərə sadiq qaldıq. Məhz bu yanaşma bizi uğura çatdırdı. Bu gün dünyanın ən güclü milli komandalarından biri ilə qarşılaşdıq. Amma onların qarşısında dünyanın ən yaxşı komandası var idi. Fərq də elə bunda idi.
Futbolçularımız hər cür tərifə layiqdir. Onlar hər gün fədakarlıqlarını, həmrəyliklərini və istedadlarını nümayiş etdirirlər. Ən çətin görünən işləri belə asanlıqla həyata keçirirlər”.
İspaniya yarımfinalda Fransanı 2:0 hesabı ilə məğlub edərək DÇ-2026-nın finalına yüksəlib.