- Baxış sayı: 14
- 16 İyul 2026 22:22
- Baxış sayı: 391
- İyul 15, 2026
- 0

Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın yarımfinalında İngiltərə üzərində qazanılan qələbəni (2:1) şərh edib.
Allsport.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçularının göstərdiyi əzmkarlığın sözlə ifadə edilməsinin mümkün olmadığını bildirib:
“Söz tapa bilmirəm, həqiqətən deyiləcək heç nə yoxdur. Bu, ölkəmiz və xalqımız üçün böyük sevincdir. Bir neçə gün əvvəl də demişdim ki, bu komanda məni heyrətləndirməyə davam edir. Hər oyuna qələbə qazanmaq və sonadək mübarizə aparmaq üçün çıxırıq. Amma bu futbolçuların nümayiş etdirdiyi xarakteri və oyunu sözlə ifadə etmək çox çətindir.
Biz özünəməxsus komandayıq. Bunu təkəbbürlə yox, ürəkdən deyirəm. Bu gün azarkeşlər bizi qələbəyə ruhlandırdılar. Onlara sonsuz təşəkkür edirəm”.