- Baxış sayı: 75
- 16 Sentyabr 2026 18:12
- Baxış sayı: 71
- Sentyabr 23, 2026
- 0
“Kəpəz” Avropa Liqasında və növbəti mövsümdə yeni formalarla çıxış edəcək. Allsport.az saytı xəbər verir ki, artıq bu gün Gəncə klubu Avroliqanın birinci təsnifat mərhələsi çərçivəsində Moldova “Daçiya”sı ilə ilk oyuna çıxacaq.
Şahin Diniyevin komandası yeni formalarından da ilk dəfə olaraq məhz bu görüşdə istifadə edəcək. Yeni formalarda da komandanın əsas rəngləri – sarı və göy – saxlanılıb.